Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Britaniyalı siyasətçı Nizami Muzeyinin qonağı olub
05.06.2024 11:08
  • A-
  • A
  • A+

Britaniyalı siyasətçı Nizami Muzeyinin qonağı olub

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini görkəmli Britaniya siyasətçisi Səccad Heydər Kərim ziyarət edib.

İxtisasca hüquqşünas olan Səccad Kərim Avropa Parlamentinin Cənubi Asiyada Ticarətin Monitorinqi Komitəsinin sədri, Cənubi Qafqaz nümayəndə heyətinin, eyni zamanda Avropa Parlamentinin İrqçilik üzrə qruplararası nümayəndə heyətinin vitse-prezidentidir.

Siyasətçi olmasına rəğmən ədəbiyyata böyük maraq göstərən Səccad Kərim muzeyin ekspozisiyası ilə tanışlıq zamanı Azərbaycan ədəbiyyatının zənginliyini, bu ədəbiyyatı yaradan şəxsiyyətlərin ədəbi irsinin dərin fəlsəfi köklərə malik olduğunu vurğulayıb. O, Muzeyin ekspozisiyasının möhtəşəm tərtibata malik olduğunu xüsusi qeyd edib.

Qonaq 2014-2019-cu illərdə Cənubi Qafqaz regionu nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanla hərtərəfli saziş üzrə danışıqların başa çatdırılımasında göstərdiyi köməklikdən danışıb, bu ölkənin mədəni-tarixi köklərə malik oduğunu söyləyib.

Sonda Səccad Kərim ürək sözlərini “Rəy kitabı”na yazaraq muzeyin qurucularına və ədəbi sərvətimizi qoruyanlara təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: