Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də “Bilik Günü” adlı sərgi açılıb
16.09.2024 10:12
  • A-
  • A
  • A+

MEK-də “Bilik Günü” adlı sərgi açılıb

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”, “Heydər Əliyev. Təhsil. Bilik. Məktəb”, “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Təhsil millətin gələcəyidir” nəşrlərini, eləcə də “Azərbaycanın təhsil siyasəti”, “Azərbaycan təhsili yeni inkişaf mərhələsində”, “Azərbaycanda elm və təhsil”, “Təhsil və cəmiyyət. Təhsil islahatının dinamikası”, “Təhsil sahəsində tədqiqatların əsas istiqamətləri (2009-2013-cü illər)”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan təhsil tarixi, oçerkləri və ilk ali təhsillərimiz” və digərləri yer alıb.

Təqdim olunan dəyərli nəşrlərdə Azərbaycan təhsilinin retrospektiv mənzərəsi, təhsil siyasəti, təhsilin inkişaf strategiyasına dair aktual məsələlər və digər mövzularda materiallar təqdim olunub. Burada Ulu Öndər Heydər Əliyevin 1969-2002-ci illərdə ölkəmizdə milli təhsil quruculuğu və islahatları, o cümlədən müəllimlər qurultaylarında etdiyi məruzələri, çıxışları, nitqləri toplanıb. 

Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: