Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.07.2024 12:26
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin elmi katibi beynəlxalq forumda iştirak edib

AMEA Rəyasət Heyətinin elmi katibi beynəlxalq forumda iştirak edib

27-28 iyun 2024-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” mövzusunda beynəlxalq forum keçirilib.

İki gün davam edən tədbir çərçivəsində tullantıların idarə olunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmaların təşviqi, əməkdaşlığın gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə tullantıların davamlı idarəçiliyi, eləcə də bu istiqamətdə qlobal çağırışlar və digər məsələlərin müzakirə olunduğu panel iclasları keçirilib.

Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların və xarici şirkətlərin nümayəndələri qatılıblar.

Tədbirin yekununda bir sıra şirkətlərlə “Sıfır tullantı” Bakı Təşəbbüsü imzalanıb. Təşəbbüsün məqsədi tullantıların səmərəli idarə edilməsi sahəsində infrastrukturun təkmilləşdirilməsi, pilot layihələrin həyata keçirilməsi, hesabatlılığın artırılması və bu sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.

Forum çərçivəsində, həmçinin “Tullantıdan dəyərə” adlı rəsm müsabiqəsinin qalibləri də təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi kimi AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə sözügedən forumda iştirak edib və plenar iclasların müzakirələrinə qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: