Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib
03.07.2024 13:50
  • A-
  • A
  • A+

Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib

AR ETN akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.

İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsinin vacibliyini bildirib. Qeyd edib ki, bu, doktorant və dissertantların gələcəkdə müdafiə mərhələlərində problemlərlə qarşılaşmaması üçün mütləqdir. O cümlədən, təklif edib ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur: "Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır".

Sonra şura üzvləri çıxış edərək münasibətlərini bildiriblər.

İclasda 2314.01- Neft kimyası, 2391.01- Ekoloji kimya, 2307.01- Fiziki kimya, 2225.01- Radiasiya materialşünaslığı, 2316.01- Kimyəvi kinetika və kataliz və 2317.01- Nanokimya və nanomateriallar ixtisasları üzrə 8 dissertasiya mövzusu ətraflı müzakirə edilib.

Sonda təqdim edilən dissertasiya mövzularından 6-sının adı olduğu kimi, 1-i isə redaktə olunaraq, təsdiqlənib, 1 dissertasiya mövzusunun adı isə qəbul edilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: