İyulun 1-2-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçirilib.
“Açıq qapı” günlərində MEK əməkdaşları buraya yaxınlaşan ziyarətçiləri kitabxana fondu ilə əyani tanış edib, sənəd sifarişini və qeydə alınması proseslərini izləmələrinə şərait yaradıb, onları maraqlandıran sualları cavablandırıblar.
Budəfəki “Açıq qapı” günlərinin ziyarətçiləri sırasında ölkəmizə elmi ezamiyyətə gələn Özbəkistanın təhsil qurumlarının nümayəndələri də olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.