Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
15.07.2024 10:50
  • A-
  • A
  • A+

Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib. İclasda gənc alimlərin 2024-cü ilin birinci yarısının yekunlarına dair elmi və elmi-ictimai hesabatları dinlənilib.

İclasa sədrlik edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli tədbir iştirakçılarını salamlayaraq tədbirin gündəliyini səsləndirib.

Sonra şura üzvləri, daha sonra isə idarə heyəti üzvləri hesabat nitqi ilə çıxış edib. Hər çıxışçının nitqinin yekununda səsləndirilən fikirlər, qeyd olunan fəaliyyətlər ətrafinda fikir mübadiləsi aparılıb.

Ümumilikdə gənc alimlərin hesabatları məqbul hesab edilib, bildirilib ki, ŞAR GAMŞ cari ilin birinci yarısı üçün qəbul olunmuş plana uyğun olaraq fəaliyyətini uğurla tamamlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: