Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.07.2024 10:38
  • A-
  • A
  • A+

Fizika İnstitutunda seminar keçirilib

Fizika İnstitutunda seminar keçirilib

Fizika İnstitutunda “COP29 Platforması. Coğrafi məlumat sistemi mühiti iqlim dəyişikliklərində” mövzusunda seminar keçirilib.

Məruzəçi institutun Elmi  innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. R.Rüstəmov ilk olaraq mövzunun aktuallığından danışaraq ölkəmizdə keçiriləcək COP29 tədbirindən söhbət açıb. Bildirib ki, COP29 Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən vacib beynəlxalq tədbirlərdən biridir. O, burada toxunulacaq vacib məqamın bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı çağırışlar olduğunu vurğulayıb.

R.Rüstəmov məruzəsində Yerin kosmosdan öyrənilməsi və onun tətbiq sahələri məsələlərinə toxunub. O, iqlim dəyişmələrində peyk məlumatlarından istifadə və onların emal prosesindən danışıb. Məsafədən duyma və coğrafi məlumat sistemlərinin təbiət proseslərin öyrənilməsində tutduğu əlamətdar yer təqdimatın əsas mövzusu olub.

Sonda suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: