Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.07.2024 22:39
  • A-
  • A
  • A+

Qusarda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Qusarda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

 

Qusar rayon Heydər Əliyev Mərkəzində  Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı” mövzusunda konfrans keçirilib.

Tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayıb. Daha sonra müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın işində YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, AMEA-nın Fəlsəfə və Sosialogiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Məmmədağa Sərdarov, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açılış nitqi ilə çıxış edərək 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirib. Qeyd olunub ki, Ümummilli Lider 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Məmmədağa Sərdarov və rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov Heydər Əliyevin milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən geniş məlumat verərək Heydər Əliyev ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Konfransın sonunda YAP sıralarına yeni qoşulan üzvlərə vəsiqələr təqdim olunub, Heydər Əliyevlə bağlı videoçarx və sərginin nümayişi baş tutub.

Yeniazerbaycan.com

 

  • Paylaş: