Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2025 10:23
  • A-
  • A
  • A+

“Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət” adlı tədbir keçirilib

“Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət” adlı tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət” adlı tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə muzeyin direktor vəzifəsini icra edən Lalə Əliyeva açıb. Muzey əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Sonra tədbiri Nuranə Nərimanova “Mənim Muzeyim, mənim gələcəyim: Hüseyn Cavidin Ev Muzeyinin yerli mədəni yaddaşdakı yeri”, Nübar Məmmədova “Cavidin əsərlərində gələcək zaman, azadlıq və dəyişən insan anlayışı”, Kəmalə İsmayıllı “Hüseyn Cavidin ictimai, fəlsəfi ideyalarının bu günkü zamanla əlaqəsi”, Günel Yəhyalı “Hüseyn Cavidin gələcəyə baxışı” adlı mövzularda çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: