Böyük Britaniyanın Vorvik Universitetində İUPAC-ın təşkilatçılığı ilə MACRO-2024 adlı “50-ci Dünya Polimer Konqresi” keçirilib. Beynəlxalq tədbirdə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əməkdaşları elmi katib f.ü.f.d. dos. Əminə Mikayılova və elmi işçi k.ü.f.d. Rəna Xankişiyeva iştirak ediblər.
Ə.Mikayılova “Azərbaycanda ekoloji davamlılıq üçün plastik tullantılar və onların idarə olunması strategiyaları” (Plastic waste and its management strategies for environmental sustainability in Azerbaijan), R.Xankişiyeva Epoksidləşmiş akrilonitril butadien kauçukunun sintezi və onun qamma şüalanması ilə alınan BNK/EPDM qarışıqlarının mexaniki xüsusiyyətlərinə təsiri (“Synthesis of epoxidized acrylonitrile butadiene rubber and its impact on the mechanical characteristics of nbr/epdm blends through gamma irradiation-induced crosslinking”) mövzusunda məruzə ilə çıxış ediblər. Hər iki mövzu konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, IUPAC tərəfindən təşkil olunan bu nüfuzlu elmi konfransa polimer sahəsində çalışan 61 ölkədən 1200 iştirakçı ağıllı və funksional polimerlər, davamlı gələcək üçün bərpa olunan resurslardan polimerlər, bioloji parçalana bilən polimerlər, polimerlərin emalı, modelləşdirilməsi və simulyasiyası və s. aktual mövzular ətrafında çıxışlar ediblər. Konqrein sessiyalarından birinə fizika üzrə fəlsəfə doktoru Ə.Mikayılova rəhbərlik edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.