Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ay torpağında su aşkarlanıb
26.07.2024 10:36
  • A-
  • A
  • A+

Ay torpağında su aşkarlanıb

Çinli alimlər Çinin “Chang’e-5” kosmik aparatı tərəfindən toplanan Ay torpağı nümunələrində su izləri tapdıqlarını bildiriblər.

Araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.

2022-ci ildə “Chang’e-5” aparatı öz missiyasını başa vuraraq Ayın səthindən süxur nümunələrini Yerə çatdırmışdı. Alimlər nümunələri təhlil etmək üçün infraqırmızı detektordan istifadə edərək su izlərini aşkar ediblər.

Təhlillər nəticəsində süxurların tərkibində bilinməyən mineral aşkarlanıb və həmin mineralın 41 faizi sudan təşkil edilib. Elm adamları aşkar edilmiş minerala “bilinməyən Ay mineralı” (ULM-1) adını veriblər. Sözügedən mineral şəffafdır və yastı kristal şəklindədir.

Cari ilin aprel ayında isə italyan alimləri JUICE kosmik missiyası zamanı Yupiterin peyklərinin su ehtiyatlarını öyrənməyi planlaşdırdıqlarını bildiriblər. Yupiter və Saturnun Enceladus, Ganymede, Europa və Callisto kimi peyklərinin buzlu qabıqlarının altında maye su okeanlarının olduğu düşünülür.

Bundan əvvəl San Dieqodakı Kaliforniya Universitetinin bir qrup amerikalı planetoloqu Saturnun buz kimi peyki Enseladda üzvi həyatın yaranması üçün şəraitin olduğunu bildirmişdilər.

gazeta.ru

 

  • Paylaş: