Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.08.2024 10:56
  • A-
  • A
  • A+

Çuvaşiya Respublikasının Uşaq və Gənclər Kitabxanasında Çuvaşiya və Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin görüşü olub

Çuvaşiya Respublikasının Uşaq və Gənclər Kitabxanasında Çuvaşiya və Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin görüşü olub

Rusiya Federasiyasının Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində “Biz eyni olmamalıyıq” adlı xüsusi tamaşaçılar üçün IX Beynəlxalq Təhsil Teatrları Festival-Forumu və “Nağıllar karuseli” V Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib.

Hər iki tədbirdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru, Azərbaycanın Xalq artisti Şirzad Abutalıbov və AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vüqar Haqverdiyev iştirak ediblər. Festival çərçivəsində Çuvaşiya Respublikasının Uşaq və Gənclər Kitabxanasında Çuvaşiya və Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin görüşü olub.

culture.cap.ru

  • Paylaş: