Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı  alim NASA-nın sertifikatına layiq görülüb
04.09.2024 09:48
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim NASA-nın sertifikatına layiq görülüb

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, c.ü.f.d. İsmayıl Zaynalov ABŞ-ın Hyuston şəhərində Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) təşkil etdiyi “NASA Yer Müşahidələrindən istifadə edərək Humanitar Tətbiqlər” adlı təlimdə onlayn formatda iştirak edib.

Bu üç hissədən ibarət təlim yerli iqlim şəraitinin bütün dünya üzrə qaçqın və məcburi köçkün icmalarının üzləşdiyi risklərlə əlaqələndirilməsi üçün xüsusi strategiyaların təqdim edilməsi məqsədini daşıyıb.

Təlimlərə dünyanın hər yerindən 500-ə yaxın iştirakçı cəlb edilib. Onlara təhlükəli təbiət hadisələrinin yaranması zamanı  qaçqın və məcburi köçkünlərin uyğun müdafiə olunan ərazidə məskunlaşması öyrədilib. Təlim keçənlər sonda xüsusi humanitar vəziyyətlərdə iqlim risklərinin və inkişaf meyllərinin kəmiyyətini müəyyən etmək üçün torpaqdan istifadəni, tikilmiş ərazi və infrastruktur məlumatlarını, eləcə də əhali məlumatlarını birləşdirə, torpaqdan istifadənin və coğrafi məkan məlumatlarının dəyərini və məhdudiyyətlərini başa düşə biləcəklər.

İmtahanı uğurla verən iştirakçılara, o cümlədən Coğrafiya İnstitutunun əməkdaşı İ.Zeynalova sertifikat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: