Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri vəfat edib
04.09.2024 14:22
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri vəfat edib

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri Oqtay Fərzəliyev bu gün səhər saatlarında vəfat edib.

Oqtay Soltan oğlu Fərzəliyev 13 sentyabr 1954-cü ildə Zərdab rayonunda anadan olub. 1971-ci ildə Mingəçevir şəhər 1 saylı orta məktəbini bitirib. 1973-1978-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb, 1980-2004-cü illərdə müxtəlif vəzifələrdə hərbi qulluqda olub.

2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2022-ci ildən AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: