Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.09.2024 14:35
  • A-
  • A
  • A+

ŞAR əməkdaşı mükafata layiq görülüb

ŞAR əməkdaşı mükafata layiq görülüb

Xəzər Universiteti və TUSUR Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuş “COMPUTER SCIENCE AND GRAVITATION–2024” mövzulu beynəlxalq  konfransda iştirak edən Şamaxı Astrofizika Rəsədxanasının Nəzəri Astrofizika və kosmologiya şöbəsinin əməkdaşı Tağıyeva Şahnaz “Electromagnetic transition radii for the nucleon-excited nucleon transitions from the hard-wall AdS/QCD model” adlı məruzə ilə çıxış edib.

Təqdim olunan işdə AdS/KXD-nin sərt divar modelində spinor sahə üçün profil funksiyası, keçidləri üçün elektromaqnit formfaktorları müəyyən edilmişdir. Həmin formfaktorlar əsasında keçidlər üçün proton və neytronların elektrik və maqnit radiusları hesablanaraq təcrübi nəticələrlə və digər nəzəri modellərin nəticələri ilə müqayisə edilmiş və məlum olmuşdur ki, nuklonun əsas halı ilə həyəcanlaşmış halında yük və maqnit radiusları bir-birindən cüzi fərqlənir.

Konfrans təşkilatçılarının qərarına əsasən Şahnaz Tağıyeva “The Journal Symmetry” tərəfindən “Ən yaxşı gənc tədqiqatçı çıxışı” və pul mükafatına layiq görülüb.

Əlavə olaraq qeyd edək ki, müəllifin 2024-cü ildə nəzəri astrofizika sahəsində 2 impakt faktorlu jurnalda məqaləsi çap olunub. Bunlardan biri “Journal of the Korean Physical Society” “Electromagnetic N+ γ* → N* transition form factors of nucleons from the hard-wall AdS/QCD model”, digəri isə “Russian Physics Journal" da çap olunmuş π Meson-Octet Baryon Coupling Constant Obtained by Hard-Wall AdS/QCD Model" başlıqlı məqalələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: