Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə və Sosiologiya İnstitutunun alimi Qazaxıstanda keçirilən beynəlxalq konfransda çıxış edib
10.09.2024 15:10
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun alimi Qazaxıstanda keçirilən beynəlxalq konfransda çıxış edib

Qazaxıstanın Almatı şəhərində “Elmdə sonsuz işıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Феномен и психологические аспекты лидерство” adlı mövzusunda onlayn çıxış edib. Çıxışında gənc alim liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib.

Cənab Prezident İlham Əliyevin siyasi strategiyasının və qarşıya qoyulan məqsədlərə çatmasının siyasi liderliyin nadir nümunəsi olduğunu bildirib. Bu gün ölkəmizin inkişafında və dünya səviyyəsində tanınmasında səriştəli siyasi rəhbər, təcrübəli diplomat Prezident İlham Əliyevin beynəlxalq münasibətlərin bütün sirlərinə məhz gənc yaşdan yiyələnməsinin onun dahi bir şəxsiyyət olmasına zəmin yaratdığını qeyd edib.

XIX əsrin sonlarında sosial psixologiya elmində “milli şüur” (özünüdərk) və “liderlik” kimi anlayışların öz yerini formalaşdırdığını, əsasən Amerika və Avropa psixologiyasında sosial psixoloji tədqiqatın əsas məzmununa çevrildiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: