Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Memarlıq və İncəsənət İnstitutunun Elmi katibi Kazanda keçirilən beynəlxalq forumda çıxış edib
11.09.2024 15:19
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun Elmi katibi Kazanda keçirilən beynəlxalq forumda çıxış edib

Tatarıstanın Kazan şəhərində 9-11 sentyabr tarixlərində “Kazan Digital Week 2024” mövzusunda beynəlxalq forum keçirilib.                                                        

Tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi katibi kulturologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Kərimli “Rəqəmsal texnologiyalar müasir Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi” mövzusunda onlayn çıxış edib. Çıxışında tədqiqatçı müasir Azərbaycan mədəniyyətində rəqəmsal texnologiyaların tətbiqi problemlərini vurğulayıb, müxtəlif növ rəqəmsal avadanlıqların Motion capture, 3D, Deep Fake proqramlarının istifadəsi, yaranmış sənət nümunəsinin beynəlxalq elektron şəbəkədə təqdimatı haqqında danışıb.

V.Kərimli smart texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən şəhər və kəndlərin müasir texnologiyalar əsasında qurulmasını qeyd edib. İşğaldan azad edilmiş ərazilərin və onların ərazisində yerləşən şəhərlərin, muzeylərin, məscidlərin, abidələrin bərpası və dirçəldilməsi, tamamilə dağıdılmış komplekslər və digər nümunələr keçmişdə çəkilmiş fotoşəkillər və video görüntülər əsasında müasir rəqəmsal avadanlıqlardan istifadə etməklə bərpa edildiyini və yenidən qurulduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: