Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.09.2024 15:21
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində, Sankt-Peterburq Dövlət Universitetinin təşkilatçılığı ilə “MENDELEEV 2024” kimya üzrə gənc tədqiqatçıların XIII beynəlxalq elmi konfransı keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun əməkdaşları – elmi işçi kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva, fizika üzrə fəlsəfə doktoru Vüqar Xudaverdiyev və Aida Əzizova iştirak edib.

R.Xankişiyeva konfransda “Qamma radiasiya və epoksidləşdirilmiş akrilonitril butadien kauçuku iştirakı ilə BNK/EPDM qarışıqlarının mexaniki xüsusiyyətlərinin artırılması” (Enhancing mechanical properties of NBR/EPDM blends through gamma radiation and epoxidized acrylonitrile butadiene rubber (ENBR)) mövzusunda məruzə ilə çıxış edib. Mövzu konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələr aparılıb.

Qeyd edək ki, sözügedən konfrans Sankt-Peterburq Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının 300 illiyinə, eləcə də görkəmli alim D.İ.Mendeleyevin anadan olmasının 190 illiyinə həsr edilib. Konfransın proqramı çərçivəsində “Uçurumun Aradan Qaldırılması: Elm və Sənaye Arasında Dialoq” mövzusunda panel müzakirəsi də keçirilib. Paneldə elm və sənaye arasında əməkdaşlığın gücləndirilməsinin, eləcə də klassik universitetlər ilə texnoloji təhsil və istehsalat müəssisələrinin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Konfrans çərçivəsində Sankt-Peterburq Universiteti kimya fakültəsinin müasir laboratoriyalarına ekskursiya təşkil olunub, innovativ texnologiyaların və müasir cihazların işi ilə tanışlıq olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: