Sentyabrın 12-də saat 11:00-da Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün hazırlanmış coğrafiya atlasının təqdimatı keçiriləcək.
“Çaşıoğlu Eİ” MMC-də nəşr edilmiş yeni coğrafiya atlası yüksək keyfiyyətlə işlənib, onun elektron bazası yenilənib. Son dövrlərdə Azərbaycanın siyasi-inzibati xəritəsində və iqtisadi inkişafında baş verən dəyişikliklər, iqtisadi rayonların sərhədlərinin yenidən müəyyənləşdirilməsi də atlasdakı xəritələrdə öz əksini tapıb.
Tədbirdə orta ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrinin coğrafiya müəllimləri və mütəxəssislər iştirak edəcək, nəşriyyat tərəfindən onlara hədiyyələr təqdim ediləcək.
Kütləvi informasiya vasitələrinin nümayəndələrini tədbirdə iştirak etməyə dəvət edirik.
Ünvan: AMEA-nın Əsas binası, 8-ci mərtəbə, Coğrafiya İnstitutunun akt zalı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.