Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azad Həmkarlar İttifaqı aparatının iclası keçirilib
11.09.2024 16:24
  • A-
  • A
  • A+

Azad Həmkarlar İttifaqı aparatının iclası keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqı aparatının növbəti iclası keçirilib.

İclasda AMEA Azad Həmkarlar İttifaqının aparat işçiləri - sədr s.e.ü.f.d., dosent Sənan Həsənov, sədr müavini Şəhla Əmirova, əməyin texniki müfəttişi Həsənqulu Qurbanov, əməyin hüquq müfəttişi Ramin Səfərov, baş mühasib Samirə Hacıyeva, mütəxəssislər Arzu Novruzova və Mətanət Hüseynova iştirak ediblər.

İclası giriş sözü ilə AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov açaraq cari ilin son 8 ayı ərzində görülən işlərə nəzər salıb. Xüsusilə, Akademiya əməkdaşlarının yay mövsümündə yollayışlarla təmin edilməsindəki şəffaflığa və bu sahədəki mövcud vəziyyətə diqqət çəkib. Sonra qarşıya qoyulan illik tədbirlər planı əsasında Azad Həmkarlar İttifaqının aparatı tərəfindən Akademiyanın elmi-tədqiqat müəssisələri və təşkilatlarına Azad Həmkarlar İttifaqının Nizamnaməsi əsasında göstərilən xidmətlərin səmərəli və qənaətbəxş olduğunu vurğulayıb. Sentyabr ayının əvvəlindən Akademiya əməkdaşlarının yeni iş fəaliyyətinə başlamaları ilə əlaqədar ittifaqın fəaliyyət proqramında yeni istiqamətləri diqqətə çatdıraraq AHİK-in sədri, hörmətli Sahib Məmmədovun Həmkarlar İttifaqlarının fəaliyyətində səmərəliliyin daha da yüksəldilməsinə dair tövsiyə və tapşırıqlarını iştirakçılara xatırladıb.

O, ittifaqın fəaliyyətində operativlik, şəffaflıq prinsiplərinin qarşıya qoyulması və bundan sonra da bu prinsiplə işləməyi zəruri tələb və vəzifə kimi qarşıya qoyulduğunu bildirib.

Sənan Həsənov Akademiyanın əməkdaşlarının əmək intizamında, hüquqlarının qorunmasında, habelə qayğı və problemlərin həllində, onların istirahət və mədəni-kütləvi tədbirlərə cəlb olunmasında Azad Həmkarlar İttifaqının Nizamnaməsinin kifayət qədər imkanlar açdığını və bu əsasda geniş fəaliyyətin həyata keçirildiyini də diqqətə çatdırıb. Bu istiqamətdə həssas yanaşmaya dair tövsiyə və tapşırıqlarını verib.

İclasda qarşıda duran vəzifələr sırasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2024-cü il üçün imzaladığı Sərəncama əsasən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə hazırlanan “Azərbaycan gəncliyi və yaşıl dünya naminə həmrəylik ili: Ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın nəşr vəziyyəti, habelə Vətən müharibəsi iştirakçıları, şəhid ailələri ilə müntəzəm əlaqələrin yaradılması müzakirə edilmiş, aparat işçilərinin təklifləri dinlənilmiş və qarşılıqlı fikir mübadiləsi formatında iclas yekunlaşmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: