Görkəmli tarixçi alim AMEA-nın həqiqi üzvü, Tarix və Etnologiya İnstitutunun Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri Nərgiz Axundovanın 65 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib.
Konfransı açan institutun direktoru t.e.d., prof. Kərim Şükürov bildirib ki, Azərbaycan tarix elminin inkişafında xüsusi yeri olan akademik Nərgiz Axundova elmi-təhsil fəaliyyəti ilə yanaşı, ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib, eləcə də bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanın tarix elmini layiqincə təmsil edib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, N.Axundovanın elmi yaradıcılığında türklərin müsəlman sivilizasiyasının inkişafında rolunun tədqiqi mühüm yer tutur, onun “Ərəb xilafətinin dövlət idarəçilik sistemində türklər”, “Qafqaz və böyük türk imperiyaları”, “Ərəb ölkələri çağdaş tarixi” və s. əsərləri məşhurdur.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı N.Axundovanın elmi-təhsil fəaliyyətinin çoxşaxəli olduğunu, elmi tədqiqat əsərləri ilə yanaşı, bir sıra dərsliklərin müəllifi olduğunu, gənc elmi kadrların hazırlanmasına böyük əhəmiyyət verdiyini, öz fəaliyyəti ilə gənclərə örnək olduğunu söyləyib.
Tədbirdə İnstitutun əməkdaşları çıxış edərək Nərgiz Axundovanın bir tarixçi, pedaqoq kimi rolunu yüksək qiymətləndiriblər, onun ciddiyyəti, tələbkarlığı ilə yanaşı, səmimiliyi, dürüstlüyü ilə hamının rəğbətini qazandığını vurğulayıblar.
Beynəlxalq konfrans elmi bölmələrdə, hibrid formatda davam edib.
T.ü.f.d., dosent Sevda Abdullayeva “Gəncə: Səlcuqlar dövrü mədəniyyəti tarixinə bir nəzər”, dos. Dr. Ahmet Toksoy “Azərbaycan general-qubernatoru Yakuti bəy və onun fəaliyyəti”, t.ü.f.d Aida İsmayılova “Arxeoloji materiallar orta əsrlər tarixinin öyrənilməsində maddi mənbə kimi”, doktorant Arzu Bəbirova “İbn əl-Əsirin “əl-Kamil fit-tarix” əsərində Şəddadilər ilə bağlı məlumatların təhlili”, doktorant Vüsalə Beydullazadə “Orta əsr Şəmkir şəhərinin şirli kirəmitlərinə dair”, t.ü.f.d., dos. Lalə Əliyeva “Orta əsrlər Azərbaycanda gender və din müsəlman mətn mənbələri əsasında”, t.e.d., dos. Fərda Əsədov “Хазарская правительница парсбит в сообщении Гевонда о походе Хазар в Азербайджан”, doktorant Elməddin Quliyev “Akademik Ziya Bünyadov elmi yaradıcılığında orta əsr Azərbaycan şəhərlərinin tədqiqi”, t.ü.f.d., dos. Nazilə Soltanova “Идеи точных наук в трудах ученых (астрономов, философов, поэтов) средневекового Азербайджана (X-XIV вв)”, i.ü.f.d., dos. Şahlar Şərifov “Ərəb-Sasani müharibələrində Azərbaycan əhalisinin iştirakı”, t.ü.f.d. Aytac Şirəliyeva “Azərbaycanın orta əsrlərdə siyasi, iqtisadi, hərbi və dini vəziyyətinə dair mənbələr”, t.ü.f.d Mübariz Ağalarlı “XVI əsrdə Azərbaycan Səfəvi dövləti ilə Şeybani dövləti arasında rəsmi yazışmalar və məktubların dili”, İsrail Əmirli “Xalq adları ilə adlandırılan dövlətlər”, doktorant Qərənfil Əsədova “Orta əsrlərdə Azərbaycan-Avropa iqtisadi əlaqələrinə dair”, elmi işçi Günel İsmayilova “Qaraqoyunlu Qara Yusifin siyasi fəaliyyəti ərəbdilli qaynaqlarda”, t.ü.f.d., dos. Şahismayıl İsmayılov “XVI-XVII əsrlərdə Azərbaycanda mədəniyyət, maarif və dilin inkişafı”, t.ü.f.d Sevinc Məlikzadə “Şah Səfinin dövründə dini dözümlülük”, elmi işçi Nazilə Məmmədova “Ağqoyunlu-Osmanli münasibətlərində Qaramanoğulları məsələsi”, t.e.d., dos. Tofiq Nəcəfli “I Şah Abbas Səfəvinin siyasi portreti”, t.ü.f.d., dos. Afaq Piriyeva “X-XV əsrlərdə Azərbaycan memarlığı”, doktorant Nəriman Şirəliyev “Azərbaycan Ağqoyunlu ordusunun xassə qüvvələri”, doktorant Ülvi Zərbəliyev “Qaraqoyunlu ordusunun döyüş bölmələri”, doktorant Alıyeva Səbinə Səbuhi qızı “Nadir Şah Əfşar imperiyasının ictimai-siyasi tarixi Türkiyə tarixşünaslığında”, Van Yüzüncü Yıl Üniversitesindən, t.ü.f.d., dos. Cavid Qasımov “Ruşeni bəyin kəşfiyyat hesabatı işığında bolşevik inqilabından sonra Cənubi Qafqazda siyasi və hərbi vəziyyət”, Van Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsündan Tufan Altunöz, Van Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsündan Murat Yüzyılbaş “Şeyh Şamil’in sir kâtibi Muhammed Tahir el-Karakhi’ye göre Ahulgoh muharebesi”, t.ü.f.d., dos. Rəşad Mustafa “P.K.Juzenin nəşr edilməyən tədqiqatları haqqında”, f.ü.f.d., dos. Radif Mustafayev “XX əsr Azərbaycan əsilli Türkiyə tədqiqatçısı Əbdülbaqi Gölpınarlı irsinin orta əsrlər Azərbaycan fəlsəfi fikir tarixinin öyrənilməsində metodoloji rolu”, doktorant Aysel Sadiqova “Qarabağın xristian məliklərinin tarixinin öyrənilməsində icmal dəftərlərinin əhəmiyyəti” mövzusunda çıxışlar etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.