Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.09.2024 11:48
  • A-
  • A
  • A+

Fransız alim Əlyazmalar İnstitutunun qonağı olub

Fransız alim Əlyazmalar İnstitutunun qonağı olub

Sosial Elmlər üzrə Qabaqcıl Tədqiqatlar Məktəbinin (EHESS) Cənubi Asiya və Himalay Tədqiqatları Mərkəzinin direktoru, “Perso-Indica. Hind elmi ənənələri üzrə farsdilli əsərlərin analitik icmalı” jurnalının baş redaktoru, professor Fabrisio Spesiale AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dosent Samirə Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev iştirak edib. Görüş əsnasında qonaq Əlyazmalar İnstitutunun tarixi, burada mühafizə olunan əlyazmalar, institutda aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat əldə edib.

Daha sonra professor F.Spesiale Əlyazmalar İnstitutunun Ekspozisiya zalı ilə tanış olub. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova qonağa burada sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verib.

Alim, həmçinin Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olub.

Sonda görüş iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: