Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.09.2024 09:58
  • A-
  • A
  • A+

Turan Cavidin xatirəsi anılıb

Turan Cavidin xatirəsi anılıb

11 sentyabr 2024-cü il tarixində Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin qızı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, görkəmli muzeyşünas və mətnşünas Turan Cavidin anım günü ilə əlaqədar tədbir keçirilib.

Öncə Turan Cavidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru fil.e.d. Gülbəniz Babaxanlı açaraq bildirib ki, 1937-ci ildə Hüseyn Cavidin həbs edilməsindən sonra Turan Cavid bütün şüurlu ömrünü atası Hüseyn Cavidin irsinin qorunmasına, təbliğinə, nəşrinə və tədqiqinə həsr edib, şairin Bakıda və Naxçıvanda Ev Muzeyinin yaradılmasında, fəaliyyətində əlindən gələni əsirgəməyib.

Hələ kiçik yaşlarında olarkən Turan xanıma atası əski əlifbanı öyrətmişdir. O uşaqlıqdan Cavidin əsərlərini orijinaldan mütaliə etmişdir. Bunun nəticəsində sonradan atasının əsərlərinin əlyazmaları sovet dönəmində məhv edilsə də təhrif edilmiş əsərlərin üzərində işləyərək onları yenidən ilkin versiyaya qaytarmağa nail olmuşdur. Hüseyn Cavidin Ev-Muzeyinə rəhbərlik etdiyi müddətdə (1991-2004) ədibin tam külliyyatının elmi-tənqidi mətninin hazırlanmasında böyük zəhməti olmuşdur.

Sonda tədbir iştirakçıları muzeyin fond materialları əsasında Turan Cavid haqqında tərtib edilmiş tematik kitab sərgisi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: