Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri b.e.d. Dilzarə Ağayeva İsveçrə Meşə, Qar və Landşaft Federal Tədqiqatlar İnstitutunun Meşə Sağlamlığı və Biotik qarşılıqlı əlaqələr şöbəsinin müdiri Dr. Simone Prospero və elmi işçisi Dr. Karolina Korneconun rəhbərliyi ilə İsveçrə Elm Fondunun maliyyələşdirdiyi layihə üzrə Sürixdə ilkin görüş keçirilib.
Görüşdə Layihə rəhbərlərindən əlavə məsləhətçi Dr. Ursula Heiniger və fəlsəfə doktoru proqramı üzrə 1-ci kurs doktorantı k.e.i. Xədicə Apbayeva iştirak edib. Görüş zamanı layihənin icrası üzrə səmərəli məsləhətləşmələr aparılıb, görüləcək işlər müzakirə olunub. Səfər çərçivəsində X.Apbayeva layihənin ilkin mərhələsində görüləcək işlər üzrə iki həftəlik təlimdə iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.