Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.09.2024 15:06
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Kərkük Kültür Dərnəyinin rəhbəri ilə görüşüb

Akademik Rafael Hüseynov Kərkük Kültür Dərnəyinin rəhbəri ilə görüşüb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov ölkəmizdə səfərdə olan Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi ilə görüşüb.

Görüşdə qarşılıqlı elmi-mədəni əməkdaşlığın möhkəmləndirilməsi, İraq-Türkman ədəbiyyatının tədqiqi və nəşri istiqamətində birgə fəaliyyətin genişləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Şəmsəddin Kuzəçi Kərkük türklərinin mənəvi atası olan Əta Tərzibaşının 100 illik yubileyi münasibətilə çap etdirdiyi 3 cildlik kitabını akademik Rafael Hüseynova hədiyyə edib. Bildirib ki, nəşrin cildləri Azərbaycan Bayrağının rənglərində (mavi, qırmızı, yaşıl) çapdan çıxıb. Birinci cild kərküklü insanların ürəyində söz, düşüncə, zövq öndəri olaraq əbədi yaşayacaq Əta Tərzibaşının həyat və yaradıcılığına həsr edilib, ikinci cilddə onun haqqındakı yazılar toplanılıb, üçüncü cilddə isə özünün 100 köhnəlməz məqaləsi yer alıb.

Akademik Rafael Hüseynov bu nəşrləri görkəmli tədqiqatçı Əta Tərzibaşının 100 illiyində onun millət adına gördüyü müstəsna işlərə yaraşan layiqli ərməğan kimi dəyərləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: