Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti seminar məşğələsi keçirildi

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti seminar məşğələsi keçirildi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində mütəmadi təşkil ounan növbəti seminar məşğələlərindən biri də “Beynəlxalq əlaqələr və komprativistika” şöbəsinin elmi işçisi Raminə Məmmədovanın “Məhəmməd Əsəd bəyin Şərqdə neft və qan” əsərində tarixi gerçəklik əsas süjet xətti kimi” adlı məruzəsi ətrafında baş tutdu.

XX əsrin birinci yarısı Azərbaycan mühacirət ədəbiyyatının dünyaşöhrətli təmsilçilərindən olan Qurban Səid və yaxud Məhəmməd Əsəd bəy imzası, nəsri Azərbaycan elmi, ədəbi-bədii mühitinin, publisistikasının hər zaman diqqət mərkəzində olmuşdur.

Bu baxımdan məruzəçi Raminə Məmmədova, nasirin “Şərqdə neft və qan” romanından bəhs edərkən əsərdə müəllifin həm avtobioqrafik kontekstdə, həm də Azərbaycanın çar, stalinizm müstəmləkəsi dövrü tarixinin real faktlar əsasında necə uğurlu bədii həll tapdığını müqayisəli izah etdi.

Seminar məşğələsi muzeyin əməkdaşları - filologiya elmləri doktorları Xatirə Bəşirli, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayevanın mövzu ilə bağlı müzakirələri ilə davam etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: