Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Əmək Məcəlləsinə son dəyişikliklər və onların praktiki tətbiqi” mövzusunda seminar keçirilib
08.10.2024 12:10
  • A-
  • A
  • A+

“Əmək Məcəlləsinə son dəyişikliklər və onların praktiki tətbiqi” mövzusunda seminar keçirilib

AMEA Rəyasət Heyəti Aparatının İnsan resursları şöbəsi tərəfindən Akademiyanın elmi müəssisə və təşşkilatlarının İnsan resursları şöbələri üçün “Əmək Məcəlləsinə son dəyişikliklər və onların praktiki tətbiqi” mövzusunda seminar keçirilib.

Seminarda AMEA Rəyasət Heyəti Aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud Əmək Məcəlləsinə son dəyişikliklər, SİMA Rəqəmsal İmza proqramından istifadə edilməsi qaydası və ƏMAS altsistemində bu proseslərin həyata keçirilməsinin praktiki izahını verib. Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktlarının əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə xidmət etdiyini və bu sahənin inkişafında mütərəqqi addımlardan olduğunu vurğulayıb. Məruzəçi, həmçinin əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklərin Akademiyada tətbiqi ilə əlaqədar AMEA prezidentinin sərəncamı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqların verildiyini və bu işdə onlara metodiki köməkliyin göstərilməsi üçün AMEA Rəyasət Heyəti Aparatının İnsan resursları şöbəsinin səfərbər olduğunu qeyd edib.

Seminarda qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə əmək müqaviləsinin işçi və işəgötürən arasında e-imza vasitəsilə elektron sənəd formasında bağlanılması, bu müqavilənin dəyişdirilməsinin, ona xitam verilməsinin e-qaydada icra olunması, “Əmək və Məşğulluq” altsistemində işəgötürənin strukturu və ştat cədvəlinin yerləşdirilməsi, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç birinin digər tərəfə bununla bağlı müqaviləyə xitam verilməsi barədə kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı formada xəbərdar etmədikdə, müqavilənin orada göstərilən müddətə uzadıldığı, fasiləsiz 5 ildən artıq davam etdiyi halda isə Məcəlləyə əsasən müddətsiz əmək müqaviləsi hesab edildiyi, Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçalarının işəgötürənlər tərəfindən işçilərə təhvil verilməsindən və mövzu ilə əlaqədar görülməsi zəruri olan işlərin sistemli şəkildə həyata keçirilməsi barədə geniş məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: