Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq konfransda kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi ilə bağlı aparılan tədqiqatların nəticəsi müzakirə olunub
08.10.2024 14:28
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi ilə bağlı aparılan tədqiqatların nəticəsi müzakirə olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin həmmüəllifi olduqları “Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin CNN-LSTM modeli əsasında monitorinqi” (“Computer networks cybersecurity monitoring based on CNN-LSTM model”) adlı məruzə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” üzrə 18-ci IEEE beynəlxalq konfransında (The 18th IEEE International Conference Application of Information and Communication Technologies) təqdim olunub.

Konfransda məruzəni R.Şıxəliyev təqdim edərək kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin intellektual monitorinqinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, kompüter şəbəkələrinin artan miqyası, mürəkkəbliyi və məlumat axını ənənəvi monitorinq metodları üçün ciddi problemlər yaradır ki, bu da kibertəhlükəsizlik insidentlərinin vaxtında aşkarlanmasını çətinləşdirir. Məqalədə bu kimi problemlərin həlli üçün CNN-LSTM (Convolutional Neural Networks-Long Short-Term Memory) hibrid modelinin istifadəsi təklif olunub.

R.Şıxəliyev aparılan eksperimentlər nəticəsində bu hibrid modelin minimal hiperparametr tənzimləməsi ilə kibertəhlükəsizlik insidentlərini yüksək dəqiqliklə aşkarladığını və təsnif edildiyini vurğulayıb. Bildirib ki, əldə olunan nəticələr dərin təlim modellərinin kompüter şəbəkələrində kibertəhlükəsizlik insidentlərinin aşkarlanmasında və təsnif edilməsində böyük potensiala malik olduğunu göstərir.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: