Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
11.10.2024 12:40
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Pre-COP29 tədbirinin iştirakçılarına müraciəti təqdim edilib.

Bugünkü sayda, ilk səhifələrdə “Azərbaycan-Çin elmi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur” rubrikalı yazılar dərc edilib. Qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Aşıq Ələsgərin sənətinə və Vətəninə qayıdışının parolu” adlı məqaləsi, eləcə də Ankarada Məhəmməd Füzuli irsinə həsr olunmuş tədbirdə iştirakına və AMEA-da Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) nümayəndəsi ilə keçirdiyi görüşə dair informasiyalar yer alır.

Bundan əlavə, qəzetin bugünkü buraxılışında “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium” və görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfransla bağlı xəbərlə tanış ola bilərsiniz.

Həmçinin bu sayda “Əsrə bərabər Azərbaycan elmi” və “Bədii sözün ən yüksək nöqtəsi” adlı məqalələr, eləcə də digər xəbərlər təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində akademik İsa Həbibbəylinin iştirak etdiyi tədbirlərlə bağlı icmal, o cümlədən müsahibə və son elmi yeniliklərə dair informasiyalar yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: