Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

14.10.2024 16:22
  • A-
  • A
  • A+

“Nanopolimer kompozitlər” adlı monoqrafiya çapdan çıxıb

“Nanopolimer kompozitlər” adlı monoqrafiya çapdan çıxıb

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanovanın “Nanopolimer kompozitlər” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, rəyçisi AMEA-nın müxbir üzvü Eldar Zeynalovdur.

Təqdim olunan monoqrafiyada nanopolimer kompozitlərin yaradılması və inkişafı üzrə nəzəri və təcrübi məlumatlar, müasir kompozit materialların yaradılmasının əsas mərhələləri, kompozitlərin üstünlükləri, müasir polimer elminin əsas aspektləri, Azərbaycanda və dünyada nanotexnologiyanın inkişafı haqqında məlumatlar verilir. Laylı silikatlı polimerlərə əsaslanan nanokompozitlər, nanokarbon birləşmələri əsasında yeni materiallar, karbon nanoborucuqları, fulleren, metal-karbon nanohissəcikləri, tərkibində metalların və metal oksidlərinin nanohissəcikləri olan polimer əsaslı nanokompozitlərdən bəhs edilir. Nanohissəciklərin alınması və tədqiqi üsulları, katalizdə nanohissəciklər, nanokompozitlərin bakterisid xüsusiyyətləri, metal nanohissəciklərin və karbon nanoborucuqlarının xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən neft hasilatında istifadəsinə dair məlumatlar əks olunur.

Kitab nanopolimer kompozitlər, eləcə də yeni növ kompozit materialların yaradılması imkanları ilə maraqlanan tədqiqatçı, müəllim, doktorant, magistrant və tələbələr üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: