AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsində “Prezident İlham Əliyevin dövlət idarəçiliyi: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir” mövzusunda elmi seminar keçirilib.
Seminarda şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli ölkəmizin Qoşulmama Hərəkatına sədrliyindən sonra ən böyük uğurlarından birinin məhz İqlim Sammiti – COP29-a ev sahibliyi etməsi olduğunu, COP29-un Azərbaycanda keçirilməsi üçün 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qərar qəbul edilmiş olmasının dövlətimizin beynəlxalq nüfuzunu göstərən vacib amil olduğunu vurğulayıb: “Digər ölkələrin liderlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəğbəti, inamı ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun göstəricisidir. Bütün bunlar Azərbaycanda inkişafın uğurları - COP29-dan dünya liderliyinə gedən tarixi, şərəfli yoldur. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsidir. Bu Azərbaycana ekoloji problemləri həll etməklə bərabər, müasir innovasiyalara töhfə verən ölkə kimi göstərmək imkanı verəcək”.
Daha sonra şöbənin doktorantı Aydın Abdullayev seminarda çıxış edib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.