Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.10.2024 17:39
  • A-
  • A
  • A+

“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işini başa vurub

“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işini başa vurub

Oktyabrın 15-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işini davam etdirib.

Elmi sessiyanın gedişində tədbirin proqramına uyğun olaraq, AR ETN Bioresurslar İnstitutunun (Naxçıvan) baş elmi işçisi, akademik Tariyel Talıbovun “Naxçıvan MR biomüxtəlifliyinin kritik problemləri”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizovun “Buğda bitkisinin duz stresinə adaptasiya mexanizmləri”, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov “Gəncəbasar bölgəsində ekosistemlərin biomüxtəlifliyinin dayanıqlılığının qiymətləndirilməsi”, AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimovanın “İqlim dəyişmələrinin insan orqanizminə təsiri: yaş və gender aspektləri”, AR KTN Əkinçilik ET İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayevin “Qlobal iqlim dəyişikliklərinin aqrar sahəyə təsiri”, AR KTN Əkinçilik ET İnstitutu Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya elmləri doktoru, dosent Atabəy Cahangirovun “İqlim dəyişikliyi dövründə ərzaq təhlükəsizliyi probeminin həllinə yeni yanaşmalar”, Bakı Dövlət Universitetinin kafedra müdiri / AR ETN Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyevin “Müasir dövrdə Xəzər dənizi problemlərinin köçəri quşların çoxalma davranışına təsiri”, AR ETN Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Cəlilovun “Xəzərin Azərbaycan sektorunda qlobal iqlim dəyişikliklərinin hidrobiontların növ müxtəlifliyinə təsiri”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstiututnun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Sultanovanın “Bitki xəstəlikləri, iqlim dəyişiklikləri fonunda onların idarə edilməsi” mövzularında məruzələri dinlənilib. Bütün məruzələr böyük maraqla dinlənilib və hər bir çıxış ətrafında geniş müzakirələr aparılıb. Elmi sessiyaya yekun vuran AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova edilmiş məruzələrin əhəmiyyətindən danışıb, aparılmış müzakirələrin Azərbaycanda müvafiq sahələrdə elm tədqiqatların inkişafına öz təsirini göstərəcəyinə inandığını bildirib.

Sessiyanın gedişində edilmiş elmi məruzələrdə və onların müzakirələrində irəli sürülmüş təkliflərin əsasında qərar layihəsi hazırlanaraq qəbul edilməsi tövsiyə olunub.

Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanovun “Azərbaycanın bitki örtüyü” və AMEA-nın müşaviri akademik Qərib Məmmədovun “Azərbaycanda ekoetik problemlər: elmi, hüquqi və mənəvi aspektlər” adlı monoqrafiyalarının əlyazmalarının nəşrə tövsiyə edilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir.

İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işini uğurla başa vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: