24 oktyabr 2024-cü il tarixində saat 11:00-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçiriləcək.
Tədbirdə “Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası”, “Məhəmməd Füzuli yaradıcılığında konsept problemi”, “Məhəmməd Füzulinin anadilli qəzəllərinin dili, “Məhəmməd Füzuli yaradıcılığında bədii ifadə vasitələri” və “Məhəmməd Füzulinin yaradıcılığında başlıqların semantik, funksional və üslubi xüsusiyyətləri” mövzusunda məruzələr dinləniləcək.
Ünvan: Bakı ş., Hüseyn Cavid pr. 117 (AMEA-nın Əsas binası, kiçik akt zalı, II mərtəbə)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.