Amerikanın "Diebold" bankomat istehsalçısı alıcıların kassa xidməti sahəsində yenilik tətbiq edib.
Şirkət bütün ticarət məkanlarında fəaliyyət göstərəcək özünəxidmət kassalarının yeni konsepsiyasını təqdim edib. Bundan sonra alıcılar aldıqları məhsulun ştrix-kodlarını özləri skan edəcəklər. "Diebold" kassaları təmassız NFC-ödənişlərini dəstəkləyir. Ödəmə aparmaq üçün smartfonu terminala yaxınlaşdırmaq kifayətdir. Əlavədə, həmçinin bonuslar toplamaq mümkündür. Şirkət gələn həftə Nyu-Yorkda "NRF Big Show" sərgisində yeni qurğusunu nümayiş etdirəcək.