Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun və Dillər və Ədəbiyyatlar Departamentinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Yerli və xarici tədqiqatçıların iştirakı ilə keçirilən konfransda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları, Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva "Füzulinin fars dilində qələmə aldığı əsərlərində bədii sözün qüdrəti", Qarabağ müharibəsi qəhrəmanları fondunun əməkdaşı Leyla İbrahimova "Məhəmməd Füzuli dühası" məruzələri ilə çıxış ediblər.
Simpoziumda Füzulinin sələfləri və xələfləri, yaradıcılığının sənərkarlıq xüsusiyyətləri, yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər, irfan və təsəvvüf, eşq, əsərlərinin dünya dillərinə tərcüməsi, Azərbaycan füzulüşünaslığı dünən və bugün: problemlər və perspektivlər və digər mövzularda tezislər təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.