Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.10.2024 14:36
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşı bölgələrdə abidələrə baxış keçiriblər

Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşı bölgələrdə abidələrə baxış keçiriblər

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, memarlıq doktoru Rahibə Əliyeva, şöbənin elmi işçisi Tamaşa İsayeva, institutun Şəhərsalma şöbəsinin müdiri Samirə Abdullayeva Mədəniyyət Nazirliyinin Qəbələ Regional Mərkəzinin dəvəti ilə regiondakı bir sıra memarlıq tikililərinin daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məqsədilə bölgəyə ezam olunublar.

İsmayıllının Tircan kəndindəki məscid, Qəbələnin Zarağan kəndində, Ağdaş və Göyçay şəhərlərindəki yaşayış binalarına baxış keçirilib. Adı sadalanan tikililər tədqiq edilməklə İsmayıllının Tircan kəndindəki məscidin memarlıq traktovkası və tikinti materialları, məscidin arxa fasadında qeyd olunan 1907-1910-cu illərə deyil, daha ön tarixə (XVIII əsrə) aid edilməsinə əsas verir. Qəbələnin Zarağan kəndində, Ağdaş və Göyçay şəhərlərindəki yaşayış binaları XIX-XX əsrin əvvəllərinə aid edilməklə tacir evləri olmuş, öz həcm-məkan tutumu və tarixi məhəllənin şəhərsalma quruluşunun formalaşmasında özünəməxsus rol oynamışlar. Ağdaş şəhərinin ictimai mərkəzinin formalaşmasında əsas faktora çevrilmiş karvansaralar bu gün müxtəlif təyinatlarda istifadə olunduqları üçün, bərpaya böyük ehtiyac duyulur.

Ezamiyyə müddətində Orta əsr Ağsu və qədim Qəbələ şəhərləri də ziyarət olunub. Təqdim olunmuş tikililərin yeni siyahıya daxil edilməsi təklifi qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: