Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.10.2024 16:55
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar

Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında “Manqurt” tamaşasına baxıblar

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Pantomim teatrında Xalq artisti Bəxtiyar Xanızadənin ideya rəhbərliyi, Ceyhun Dadaşovun rejissorluğu ilə hazırlanan “Manqurt” tamaşasına baxıblar. Tamaşa əsəri böyük qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb. Teatr tamaşasını Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldajan Akmataliyev və institutun bir qrup heyəti də izləyiblər.

Tamaşadan sonra Xalq artisti Bəxtiyar Xanızadə, tamaşanın rejissoru Ceyhun Dadaşov səhnə əsərinin ərsəyə gəlməsi ilə bağlı düşüncələrini bölüşüblər. Ədəbiyyat İnstitutunun direktor müavini fil.f.d., dos. Mehman Həsənli, akademik Abdıldajan Akmataliyev, prof. İmamverdi Həmidov, fil.e.d. Fəridə Əzizova, fil.f.d., dos. Nurzina İsayeva və digər izləyicilər tamaşa ilə bağlı fikir və düşüncələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: