Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ələsgər sözündə Nizami dedi
21.10.2024 15:04
  • A-
  • A
  • A+

Ələsgər sözündə Nizami dedi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Mən belələrinə əvvəl də cavab vermişəm, bu gün də cavab verirəm  və onların hamısına deyirəm ki, bəli, belə yubileylərin hazırlanması, keçirilməsi bizim xalqımız üçün, millətimiz üçün olduqca vacibdir və lazımdır. Bunlar bizim vətəndaşlarımıza, azərbaycanlılara, bu gün yaşayanlara və gələcək nəsillərə göstərir ki, biz kimik, haradan gəlmişik, haradayıq, hara gedirik. Biz beləlklə, özümüz öz varlığımzı, milli  köklərimizi dərk edirik. Biz belə yubileylərlə öz keçmişimizə, öz zəngin tariximizə hörmət və ehtiramımızı, qayğı və diqqətimizi ifadə edirik. Biz belə yubileylərlə dost, qardaş ölkələrlə, xalqlarla bir kökə, bir mədəniyyətə, bir milli-mənəvi ənənələrə mənsub olduğumuzu bird aha təsdiq edirik və bugünkü, gələcək nəsillərə nümunə göstəririk”.

Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə ədəbiyyatı ilə bağlı həyata keçirdiyi hər bir fəaliyyətin dərinliyində bir uzaqgörənlik, strateji yanaşma var di. O ədəbiyyata sadəcə şeiriyətdən ibarət bir məcmu kimi baxmırdı, xalqı ideoloji cəhətdən oyadan, onu gələcək müstəqilliyə doğru aparan  bir sistem kimi baxırdı. Və təsadüfi deyildir ki, SSRİ dövründə Ulu Öndərin mədəniyyətimiz,  ədəbiyyatımızla bağlı həyata keçirdiyi tədbirlər- ədəbi və tarixi şəxsiyyətlərimizin-Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsimin, Nəriman Nərimanovun, Aşıq Ələsgərin və başqa mütəfəkkirlərimizin yubileylərinin keçirilməsi, abidələrinin ucaldılması məhz həmin ülvi məqsədlərə hesablanmışdır ki, Azərbaycan xalqı da 90-cı illərin əvvəllərində ikinci dəfə müstəqilliyi əldə etməklə bu tarixi missiyanın bəhrəsini, nəticəsini gördü.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ata vəsiyyətini  təkcə 30 illik işğal altında qalan torpaqlarımızı azad etməklə yerinə yetirmədi, eyni zamanda  ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi qorumaqla, təbliğ etməklə də eyni missiyanı yerinə yerinə yetirdi və yetirməkdədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi: Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi" fikirlərini biz eyni zamanda, haqlı olaraq, möhtərəm Prezidentimizin hakimiyyəti illərində iradəsi ilə  baş verən, cərəyan edən digər ədəbi-mədəni hadisələrə də şamil etməliyik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyinin 17-ci ilində Şuşada, 20-ci ilində isə Xankəndidə Azərbaycan bayrağını ucaltması bu zaman dilimində hər bir işin zərgər dəqiqliyi ilə ölçülməsinin bariz təzahürlərindən biridir.

Azərbaycan Prezidenti təkcə dövründə yetişən gəncləri deyil, mədəniyyətimizi, ədəbiyyatımızı, elmimizi-bir sözlə, hər bir sahəni böyük qələbəyə kökləmişir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oğlu Heydər Əliyev və Azərbaycanın görkəmli dövlət, elm, ictimai xadimləri ilə  30 sentyabr 2024-cü ildə Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin Bakının mərkəzində abidəsinin açılışını etməsi də öz növbəsində Azərbaycan Liderinin gələcək strateji hədəflərinin hüdudlarını müəyyən edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir.

Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm".

Möhtərəm Preizidentimizin diqqəti və göstərişi ilə  Aşıq Ələsgər yaradıcılığı, iris ilə bağlı imzaladığı iki tarixi Sərəncama, Bakının mərkəzi yerlərindən birində abidəsinin ucaldılmasına  təkcə ədəbiyyat, mədəniyyət hadisəsi kimi deyil, eyni zamnda Qərbi Azərbaycana qayıdış konsepsiyası kimi də baxmaq lazımdır ki, bu da özlüyündə həqiqətin özüdür.

“Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqımızın müqəddəratına yönələn bütün fəaliyyəti bu gün dövlətimizin rəhbəri cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək  uğurla davam etdirilir. Prezidentimizin rəhbərliyi ilə dövlətimizin ədəbiyyat, mədəniyyət qayğısı özünün ən yüksək  inkişaf dövrünü yaşayır. “Kitabi Dədə Qorquddan”, dahi Azərbaycan şairi Nizami Gəncəvidən başlayan dövlət qayğısı eyni qədirşünas yanaşmanın təzahürüdür.

Bu mənada Nizami Gəncəvi Nizami Gəncəvi olduğu kimi,  İmadəddin Nəsimi də, Məhəmməd Füzuli də, Molla Pənah Vaqif də, Əhməd Cavad da, Səməd Vurğun da, Mir Cəlal Paşayev də,  Aşıq Ələsgər də Azərbaycan üçün Nizami Gəncəvidir.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin  800 illik yubileyinə hazırlıq görüldüyü 1940-cı illərdə  şairin şəninə oxşar motivlərdə şeirlər həsr olunurdu. Elə bu məqsədlə də çap olunan “Nizami” adlı məqalələr toplusunu əhatə edən ikinci kitabda Aşıq Əsəd Tavuzun “Nizami” adlı şeiri çap olunmuşdur. Aşıq Əsəd Tavuzun şeirində diqqəti çəkən bir məqam Ələsgəri xatırlayaraq ustad aşığın Nizamini tərənnüm etməsindən danıĢmasıdır:

“Ələsgər sözündə Nizami dedi,

Çox gözəl şairdi Nizami dedi.

 Şeirini söyləyib Nizami dedi,

Qonmadı gülünə xar Nizaminin”.

Həqiqətən də, Aşıq Ələsgərin Nizamiyə həsr edilmiş bir təcnisi olmuşdur ki, bu da aşığın verdiyi xəbərdən bir il sonra – yəni 1941-ci ildə “Nizami” məqalələr toplusunun üçüncü kitabında işıq üzü görmüşdür:

Nizami

Xudam onnan məni yoxdan yaradıb,

Ayırmaz o yara yar edər məni.

Bir qönçəydim, bitdim dostun bağında,

Dilim ilə dedim, yara dər məni.

Tutmuşam dəstimdə gözəl nizamı,

Nəbatı, Firdovsi, gözəl Nizami.

Təqdiri-qüdrətin gözəl Nizami,

Mənə dərd verib, yara dərmanı.

Hilal qaşın mənzətmərəm tər yaya,

Ələsgər də dastan edə, dür yaya.

İstəsə göl elər, Qatar dəryaya,

Yaratsa təzədən, yaradar məni.   

Əlimuxtar MUXTAROV, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: