Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyat İnstitutunun əməkdaşının kitabı rus dilində işıq üzü görüb
25.10.2024 13:03
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşının kitabı rus dilində işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zərifə Qasımovanın “Sehr lələyi” adlı şeirlər kitabı rus dilində işıq üzü görüb.

Nəşrdə hər oxucunun qəlbinə, ruhuna, düşüncəsinə toxunacaq müxtəlif səpkili şeirlər yer alıb. Müəllif sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alıb. Kitaba, həmçinin şairin son illərdə yazdığı qələbə müjdəli şeirləri də daxil edilib. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu kitaba “Ön söz” yazıb.

Yeni nəşr şeir həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: