Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk dillərinin funksional morfologiyası” adlı kollektiv monoqrafiya  nəşr olunub
25.10.2024 12:14
  • A-
  • A
  • A+

“Türk dillərinin funksional morfologiyası” adlı kollektiv monoqrafiya nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin hazırladığı “Türk dillərinin funksional morfologiyası” adlı kollektiv monoqrafiya çap edilib.

Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktorları professor Nadir Məmmədli, professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Aynel Məşədiyeva, rəyçilər professor Şükrü Haluk Akalın, filologiya elmləri doktoru Qətibə Mahmudova və dosent Elnarə Əliyevadır.

Funksional morfologiya qrammatikanın xüsusi növüdür. Dilə ənənəvi yanaşmadan daha geniş anlayışdır. Kollektiv monoqrafiyada dil funksional-semantik saəhələr sistemi kimi təqdim olunur və öyrənilir. 

Kitabda müasir türk dillərinin morfoloji quruluşu təsvir olunur, nitq hissələrinin və onların qrammatik kateqoriyalarının ayrı-ayrılıqda xarakterik xüsusiyyətləri  müəyyənləşdirilir.

Əsərdə ənənəvi morfologiyadan fərqli olaraq funksional morfologiya, eləcə də funksional-semantik kateqoriyaların, koqnitiv morfologiyanın, həmçinin morfosintaksisin də təhlilinə yer ayrılmışdır.

Kitab Türk dillərinin  morfologiyasını funksional-kommunikativ baxımdan öyrənmək üçün elmi-nəzəri və praktik əsərdir.

Əsərdən dilçi alimlər, doktorantlar, türkoloji dilçilikdə türk dillərinin morfologiyası ilə məşğul olan hər kəs istifadə edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: