Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən proqramda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərində musiqi alətlərindən bəhs olunub.
"Nizami sözü ilə hər təmas yalnız yeni gözəlliklərlə baş-başa olmaq deyil, həm də bilik yükünün artmasıdır. Bu dəfə Nizami Gəncəvinin "Xəmsə"sinin musiqi sədaları gələn misralarına üz tutmuşuq və bələdçimiz musiqişünas-professor Abbasqulu Nəcəfzadədir", - deyə akademik Rafael Hüseynov bildirib.
Proqramda Nizaminin “Xəmsə” və lirik şeirlərindəki misralara əsaslanaraq, şairin yaşadığı dövrün musiqi məkanı, orada səslənən çalğı alətləri, keçirilən musiqili məclislər, çalğıçılar və rəqs ifaçıları barədə məlumat verilib, onun musiqiyə olan baxışları, etik-estetik görüşləri şərh olunub, musiqi sözlüyü təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.