Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2024 19:25
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Rəyasət Heyəti yeni qərarlar qəbul edib

Naxçıvan Bölməsində Rəyasət Heyəti yeni qərarlar qəbul edib

AMEA-nın Naxçıvan Bölməsi Rəyasətinin növbəti iclası keçirilib.

İclası açan Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Gündəlikdəki ilk məsələ Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli iclası və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələri əhatə edib.

Məsələ ilə bağlı çıxış edən İsmayıl Hacıyev AMEA-nın Rəyasət Heyətinin müzakirə etdiyi məsələləri ayrı-ayrılıqda diqqətə çatdırıb, qəbul olunan qərarların Naxçıvan Bölməsi qarşısında müəyyənləşdirdiyi vəzifələrdən söz açıb.

Bölmənin aparatının Elm və təhsil şöbəsinin müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov iclasda AMEA-nın Naxçıvan Bölməsində 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat iclaslarının keçirilməsi ilə bağlı məlumat verib. Natiq, həmçinin iclas iştirakçılarını bölmədə aparılan elmi-tədqiqat işlərinin qiymətləndirilməsi cədvəli ilə tanış edib.

Daha sonra Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasova 2025-ci il üçün AMEA Naxçıvan Bölməsinə doktorantura və dissertanturaya qəbul planı haqqında məlumat verib.

Aparatın Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi Səkinə Cümşüdova iclasda bölmə əməkdaşlarının “Google Scholar” sistemində profillərinin yaradılmasına nəzarətin gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb.

Rəyasət Heyəti, həmçinin AMEA-nın Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibini təsdiq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: