Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2024 12:17
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun alimləri Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib

Dilçilik İnstitutunun alimləri Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib

Türkiyənin Şanlı Urfa şəhərində XVI Beynəlxalq dünya dili türkcə konfransı keçirilib.

Konfransa Şanlı Urfanın Harran Universiteti ev sahibliyi edib. 

Beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Türkologiyada etimaloji lüğət problemləri”, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Qətibə Çingiz qızı Mahmudova isə “Söz yaradıcılığı və psixolinqvistika” adlı məruzələrlə çıxış ediblər.

Bununla yanaşı, konfransa İran, İraq, Makedoniya, Kipr, İspaniya, Qazaxıstan, Özbəkistan, Türkmənistandan alimlər qatılıb.

Beynəlxalq konfransda Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Qızılgül Abdullayeva da elmi məruzə ilə  çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: