Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.10.2024 11:23
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının əməkdaşları Azərbaycan–NATO dəyirmi masasında iştirak ediblər

AMEA Rəyasət Heyəti aparatının əməkdaşları Azərbaycan–NATO dəyirmi masasında iştirak ediblər

AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə, AMEA-nın Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavini yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova, həmin şöbənin aparıcı mütəxəssisi Gülnar  Seyidzadə və “Elektron Akademiya” şöbəsinin  baş mütəxəssisi Aidə Tağıyeva 28 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və NATO təşkilatlarının birgə təşəbbüsü ilə keçirilmiş Enerji Təhlükəsizliyi və Ətraf mühit üzrə Ekspertlər səviyyəsində Azərbaycan–NATO dəyirmi masasında iştirak ediblər.

Dəyirmi masada Azərbaycanın və regionun Avropanın enerji təhlükəsizliyində rolu, mühüm enerji infrastrukturunun mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi istiqamətlərində müzakirələr aparılıb.

Müzakirələrdə b.e.d. T.Qasımzadə Qarabağ və Şərqi Zəngəzur ərazilərində 30 il müddətində ermənilərin törətdiyi ekoloji terror - meşələrin yandırılması, torpaqların deqradasiyası, çay sularının və su hövzələrinin çirkləndirilməsi, nəticədə yaşıl enerji mənbələrinin məhv edilməsinin təkcə Azərbaycan deyil, həmçinin region və bütün dünya üçün ciddi problem olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: