Türkiyənin Qəhrəmanmaraş şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbərliyilə “Yazılışının 950-ci ildönümündə beynəlxalq “Divanü lüğat-it-türk” simpoziumu keçirilib.
Simpoziumun açılış nitqində Türk Dil Qurumunun sədri professor Osman Mərt, Azərbaycanda Atatürk Mərkəzinin sədri akademik Nizami Cəfərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək “Divanü lüğat-it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər.
Bölmələrindən birinə - Kaşğarlı Mahmud salonuna professor Nadir Məmmədli moderatorluq edib.
Həmçinin simpoziumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri filologiya elmləri doktoru Könül Səmədovanın məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.