Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı dəyirmi masa keçirilib
30.10.2024 13:58
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı dəyirmi masa keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə institutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb. Bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin növbəti qələbəsidir.

İnstitutun Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin müdiri t.ü.f.d. Günel Musayeva “Hərbi fəaliyyətin müharibə və sülh zamanı ətraf mühitə təsiri” mövzusunda məruzə edib. O, dünyada baş vermiş müharibələrin və münaqişələrin ətraf mühitə vurduğu mənfi təsirlərdən bəhs edib. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə Azərbaycanda, ümumilikdə Qafqaz regionunda yaratdığı ekoloji problemləri təhlil edib.

Sonra geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: