Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.10.2024 15:37
  • A-
  • A
  • A+

MEK-in iclası keçirilib

MEK-in iclası keçirilib

AMEA-nın elmi müəssisə və təşkilatlarında cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli qərarından irəli gələn tapşırıqları müzakirə etmək məqsədilə Mərkəzi Elmi Kitabxanada müşavirə keçirilib.

MEK-in direktoru dosent Hüseyn Hüseynov kitabxananın qarşısına qoyulan vəzifə və öhdəliklərdən danışıb, həmçinin innovativ kitabxana olaraq dünya elminin müasir çağırışları nəzərə alınaraq ölkəyə və cəmiyyətə fayda gətirə biləcək sahələrin inkişafına MEK-in dəstək verməli olduğunu bildirib.

Daha sonra AMEA Rəyasət Heyətinin qərarına əsasən Mərkəzi Elmi Kitabxananın strukturunda edilən dəyişiklik nəzərə çatdırılıb. Elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqinə, kadrların potensialından daha səmərəli istifadə etmək məqsədilə əlavə maliyyə vəsaiti tələb etmədən, daxili imkanlar hesabına yaradılan yeni sektor və şöbələrin tərkibi müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: