ABŞ-da yaşayan, əslən Təbrizdən olan Kazım Şəkibnia və oğlu David AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin qonağı olublar.
Şöbənin müdiri fil.e.d., dos. Mətanət Abbasova qonaqları qarşılayaraq, şöbənin yarandığı on il ərzində aparılan toplama, nəşr və tədqiqat işləri barədə ətraflı məlumat verib. Alim Güney Azərbaycanda yaşayan, eləcə də bütün dünyada yaşayıb fəaliyyət göstərən soydaşlarımızla ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Kazım Şəkibnia ABŞ-da yaşadığı müddətdə oradakı soydaşlarımızla birlikdə həyata keçirdikləri mədəni-kütləvi tədbirlər barədə məlumat verib, Azərbaycandan görkəmli muğam ifaçılarını dəvət edərək konsertlərinin təşkil edilməsindən danışıb.
Tarixçi-etnoqraf oğlu David şöbə əməkdaşlarının suallarını cavablandırıb, bu cür mədəni əlaqələrin davam etdirilməsindən məmnunluqlarını ifadə ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.