Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.03.2025 15:04
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin bir qrup tələbəsinin Fizika İnstitutuna infoturu təşkil olunub

Bakı Dövlət Universitetinin bir qrup tələbəsinin Fizika İnstitutuna infoturu təşkil olunub

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutuna Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzi ilə birgə Fizika fakültəsi tələbələrinin infoturu təşkil olunub.

İnfoturda fakültənin 23 tələbəsi iştirak edib. Səfərin əsas məqsədi tələbələri institutun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyələr verməkdir.

Tələbələrə öncə laboratoriyalardakı təhlükəsizlik qaydaları barədə məlumat verilib. Daha sonra “Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası” laboratoriyasının rəhbəri fizika elmləri doktoru Rəhim Ələkbərov və “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının əməkdaşı fizika üzrə fəlsəfə doktoru Firuzə Cəfərova çıxış edərək, onları aparılan aktual elmi araşdırmalar, istifadə edilən müasir texnologiyalar və innovativ yanaşmalarla tanış ediblər. Bildirilib ki, bu kimi tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki şəkildə möhkəmləndirilməsinə və elmi-tədqiqat mühitinə inteqrasiya olunmasına kömək edir.

Tələbələrin sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: