Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.03.2025 17:35
  • A-
  • A
  • A+

“İstiqlalımız əbədidir!” tədbirinin iştirakçıları Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət ediblər

“İstiqlalımız əbədidir!” tədbirinin iştirakçıları Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət ediblər

Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə “İstiqlalımız əbədidir!” mövzusunda keçirilən tədbirin iştirakçıları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət ediblər.

Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, millət vəkili Cavanşir Feyziyev, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bu gün Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm sahəsində də yüksək olduğunu bildirib, Mərkəzdəki zəngin nəşrlərin bunun əyani göstəricisi olduğunu söyləyib.

Daha sonra filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verib.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: